AZ

Zaxarova Qərbin Gürcüstan və Ermənistandakı etirazlar arasında fərq qoyduğunu deyib

“Qərb bütün səviyyələrdə Gürcüstan hakimiyyətini guya hüquq-mühafizə orqanları tərəfindən kobud güc tətbiq etməsinə görə hücum edir və qorxudur, eyni zamanda Ermənistana gəlincə sükuta qərq olur”.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu da ikili standartlardır. Ermənistanda minlərlə insanın etirazına gəlincə, Qərb özünü elə aparır ki, sanki heç nə baş vermir və əgər şərh verirlərsə də, İrəvandakı etirazların erməni xalqının iradəsini əks etdirmədiyini, kənardan koordinasiya edildiyi mövqeyindən çıxış edirlər”.

O qeyd edib ki, ABŞ və Avropa mediası verilən əmrlə Gürcüstandakı nümayişləri diqqətdə saxlayır və nümayişlərin iştirakçılarını qəhrəman kimi göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
4
apa.az

5Mənbələr