AZ

Eşqi Bağırov: Müsavat partiyasının fəalını öldürməkdə təqsirləndirilən şəxs pedaqoji fəaliyyətlə məşğul olmayıb

Cinayət törədən direktor müavini pedaqoji fəaliyyətlə məşğul olmayıb.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, üç ilə yaxındır ki, direktor və müavinlərinin də işə qəbulu müsahibə mərhələsi ilə aparılır. 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamov ilə bağlı cinayət işinə gəldikdə isə o qeyd edib ki, adı çəkilən şəxs məktəbdə təsərrüfat işləri ilə məşğul olub: “O, pedaqoji fəaliyyətlə məşğul olmayıb. Yaxşı olar ki, istintaqın yekun nəticəsini gözləyək".

Qeyd edək ki, mayın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülüb.

Xatırladaq ki, Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
5
apa.az

6Mənbələr