AZ

Frimponq "Bayer"i "Bavariya"ya dəyişə bilər

"Bayer Leverkusen"in sağ müdafiəçisi Jeremie Frimponq karyerasını Bundesliqanın başqa klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, müqaviləsində 40 milyon avroluq sərbəst qalma müddəası olan hollandiyalı ilə "Bavariya" maraqlanır.

Mənbə bildirir ki, Frimponqun “Bavariya”ya keçidi ilə bağlı vəziyyət hələ də Münhen komandasına yeni baş məşqçinin olmaması səbəbindən mürəkkəbdir.

Rəhbərlik məşqçi təyin etməmişdən əvvəl transferlər etmək istəmədiyindən, sövdələşmə hələlik təxirə salınır.

23 yaşlı Frimponq Almaniya Bundesliqasının bu mövsümündə 9 qol vurub, 7 məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
3
90deqiqe.az

4Mənbələr