AZ

İsrail BMT klinikasını bombaladı

İsrail ordusunun Qəzza şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) klinikasını bombalaması nəticəsində 10 məcburi köçkün fələstinli şəhid olub.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) klinikasını bombalaması nəticəsində 10 məcburi köçkün fələstinli şəhid olub.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu gecə boyu Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirib.

İsrail ordusu Qəzza şəhərinin cənubundakı əl-Səbra məhəlləsində BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı klinikanı bombalayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
turkustan.az

1Mənbələr