AZ

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Azərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır. Belə ki, bu ekspertlərin iddialarına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi satınalmalar və ya birbaşa müqavilələr əsasında yerinə yetirdiyi sifarişlərin smetalarını real dəyərindən dəfələrlə artıq yazır.

 

Müxtəlif dövrlərdə yerli mətbuatda gedən yazılarda İddia olunub ki, dövlət büdcəsindən ayrılan on milyonlarla manat vəsaitlər qurumun müxtəlif vəzifəli şəxsləri tərəfindən mənimsənilir. Maraqlıdır ki, Azərbaycanda biznes yaradan məmurlar arasında Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər vəzifəli şəxsləri ilk sıralarda gəlir. Poliqon.info saytına daxil olan məlumatda iddia olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun ölkə daxilində və ölkə xaricində böyük biznes şəbəkələri, mülkləri və xidmət sahələri mövcuddur. Belə ki, redaksiyamıza daxil olan siyahıya əsasən Saleh Məmmədov çoxsaylı yaşayış və qeyri-yaşayış sahələri olan daşınmaz əmlakların, iaşə xidmət müəssisələrinin, istehsal sahələrinin və AAYDA sədrinə aid olduqları iddia olunan çoxsaylı şirkətləri var.

 

Saleh Məmmədova aid olunduğu iddia olunan həmin siyahının bəzi hissələriri oxucularımızın diqqətinə təqdim edirik:

 

1. Ölkə daxilində və xaricində dəyəri milyon manatlarla ölçülən villalar;


2. Xırdalanda avtoservis-yol nişanları zavodu;


3. Xırdalanda tikiş sexi;

 

4. Xırdalanda 1,7 hektar içində Plitə-bordur sexi;


5. Həsən Əliyev küçəsində restoran;


6. Təbriz küçəsində 3800 kvadratmetr qeyri yaşayış sahəsi;


7. Göygöldə istirahət mərkəzi;


8. Nəsimi rayonunda 3 mərtəbəli obyekt;


9. İmişlidə qonaq evi;

 

10. Quru neyvə istehsalı ilə məşğul olan şirkət;


11. Göygöldə, Fatmeyi kəndində, İmişlidə, Şəki-Xaldan yolinda yanacaq doldurma məntəqələri;


12. Bakı Əyləncə Mərkəzinin yanında 2000 kvadratmetrkik ofis;


13. Çoxlu sayda ağır texnika;


14. Saleh Məmmədovun qaynı Səfiyar Quliyevin adına torpaq sahələri, şirkətlər, mülklər, karxanalar;

 

15. Saleh Məmmədova məxsus şirkətlər: “Yol xətt” MMC, “Layihə” MMC, SDN və SMS şirkətləri. Bundan başqa iddia olunur ki, Saleh Məmmdovun Dubayda, Çində, Türkiyədə, Avstriyada və Almaniyada şirkətləri var və bu şirkətlərin bəzilərini Cəmil adlı şəxs idarə edir.

 

Həmçinin iddia olunur ki, Saleh Məmmədovun “Şamaxıinka” adlanan ərazidə 17 mənzili, Təbriz küçəsində biananın 1 blokunun bütün mənzilləri, o cümlədən Bayılda və Ağşəhərdə, Xətaidə, Gəcədə mənzilləri var. Siyahıya görə AAYDA sədrinin Dubayda, Türkiyədə, Vyanada, Yesentukidə də mənzilləri var.

 

Qeyd edək ki, bütün bu iddialarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədova soğu ilə müraciət etmişik. Sorğunun göndərilməsindən bir həftədən artıq vaxt ötməsinə baxmayaraq, hələ də cavab ala bilməmişik. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tarix: 15 May 2024, 12:32   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
11
pravda.az

10Mənbələr