AZ

İstanbulda “Mısır çarşısı” yanır

Bakı. Trend:

İstanbulun ən qədim qapalı alış-veriş mərkəzlərindən biri olan“Mısır çarşısı”nda yanğın baş verib.

Trend xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürənbriqada cəlb edilib.

İlkin məlumata görə, yanğın bazarın restoran qismində başlayaraqdam hissəsinə yayılıb.

Hazırda yanğının söndürülməsi işləri davam edir.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, İstanbulun tarixi Eminönü səmtində yerləşən “Mısırçarşısı”nın hazırkı binası 1660-cı ildə inşa edilib. Müxtəlifədviyyat növləri, çərəzlər, köhnə ənənəyə uyğun təbii dərmanlarınsatıldığı bu bazar həm də nadir bitki kökləri və qabıqları kimiməhsullarla məşhurdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
az.trend.az

1Mənbələr