AZ

Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı hücum: 10 ölü

Üsyançılar Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı hücum ediblər.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücumda 7-si qadın olmaqla 10 mülki şəxs həyatını itirib, çoxlu sayda insan yaralanıb.
 
Seleka, Anti-Balaka, 3R, Sülh Uğrunda Birlik (UPC), CAR Vətənpərvər Hərəkat (MPC), Tanrının Müqavimət Ordusu (LRA) kimi silahlı qruplar xüsusilə yeraltı sərvətlərlə zəngin bölgələrə hökmranlıq etmək üçün hücumlar təşkil edir.

Dəyişiklik Uğrunda Vətənpərvərlər Koalisiyasının (CPC) çətiri altında toplanan üsyançı qruplar 2020-ci ilin dekabrında paytaxt Banquini ələ keçirmək üçün əməliyyata başlasalar da, uğursuzluqla nəticələniblər.
 
2013-cü ildən bəri davam edən zorakılıqlar nəticəsində ölkədə əksəriyyəti müsəlman olan minlərlə insan qətlə yetirilib, 1 milyondan çox insan didərgin düşüb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
25
azxeber.com

10Mənbələr