AZ

Azərbaycan II Liqasında VAR-dan istifadə edildi – PFL-dən açıqlama

Azərbaycan II Liqası 25-ci turu çərçivəsində keçirilən “Füzuli” – “Kürmük Qax” oyununda VAR sistemindən istifadə edilib.

Cari mövsüm ilk dəfə bu çempionatda VAR-dan yararlanılmasının səbəbini soruşmaq üçün Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq

O, İdmanxeber.az saytına bunları dedi:

“Ümumiyyətlə hər mövsümün sonunda VAR sertifikasiyasının alınması məqsədilə test oyunlar nəzərdə tutulur. 2-ci Liqadakı “Füzuli” – “Kürmük Qax” oyunu da bunlardan biri idi. Növbəti oyun Əvəzedicilər liqasından olacaq. XXXV turun “Səbail-2” – “Neftçi-2” qarşılaşmasında VAR sistemi tətbiq olunacaq. Ümumilikdə isə nə Əvəzedicilər liqasında, nə də II Liqada VAR sistemi tətbiq edilir”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
idmanxeber.az

1Mənbələr