AZ

Zaxarova Blinkenin Kiyevdə gitara çalmasını “lağlağı“ adlandırdı

ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri və paytaxtda bara baş çəkərək gitara ilə mahnı ifa etməsi ukraynalıları “lağa qoymaq” və “aşağılamaq” üsuludur. News365.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunda deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi dünən Ukrayana gəlib. “Reuters”in məlumatına görə, səfər zamanı Vaşinqtondan Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.

Bildirilib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkrütbəli amerikalı məmurun ilk səfəridir.

O, həmçinin bara gedərək burada vaxt keçirməsi ilə də diqqət çəkib. “ABŞ və dünyanın çox hissəsi təkcə Ukrayna üçün deyil, azad dünya üçün mübarizə aparır”, - deyə Blinken gitarada ifası zamanı qeyd edib.

Dövlət katibi musiqiçilərlə birlikdə 1989-cu ildə Berlin divarının sökülməsindən bir qədər əvvəl yayımlanan “Neil Younqun "Rockin' in the Free World" mahnısını ifa edib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
news365.az

1Mənbələr