AZ

26 il əvvəl itkin düşən kişini qonşunun tövləsindən tapdılar

Əlcəzairdə maraqlı hadisə baş verib. News365.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 il əvvəl itkin düşən kişi Əlcəzairin mərkəzindəki kəndlərdən birində qonşusunun mal-qara tövləsində tapılıb.

"45 yaşlı kənd sakini 1998-ci ildə müəmmalı şəkildə və izsiz yoxa çıxıb. Polisin araşdırmaları və axtarışları zamanı o, qonşusunun evində tapılıb. Bu barədə məlum inanılmaz hadisələrin baş verdiyi paytaxtdan 300 kilometr aralıda yerləşən Celfanın prokurorluğunun yaydığı press-relizdə məlumat verirlib", - saytlar yazır.

Yerli KİV-in məlumatına görə, kişi El Gedid kəndində qonşusunun köləsi olub. Onun qohumları iddia edirlər ki, kişi kölə kimi saxlanılarkən divardakı deşikdən ailə üzvlərini görübmüş. Lakin onu oğurlayan caninin qorxusundan qışqıra və qaça bilməyib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
news365.az

1Mənbələr