AZ

Ançelotti Arda Güleri təriflədi

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın son turunda ötən gecə "Alaves"lə oyunda qol vuran Arda Güler haqda danışıb.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, 19 yaşlı türkiyəli yarımmüdafiəçi çətin anlarda da rəqib qapısına yol tapmağı bacarır:

"Təbii ki, gənc futbolçularımıza böyük sevgimiz var. Arda çox yaxşı irəliləyir. Onda təbii istedad var. Arda çətin anlarda belə, qol vurmağı bacarır".

Qeyd edək ki, Arda Güler 5:0 hesabı ilə qalib gəldikləri oyunun 62-ci dəqiqəsində meydana daxil olub və 81-ci dəqiqədə qol vurub. Bu, onun La Liqada vurduğu 4-cü qol olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
teleqraf.com

2Mənbələr