AZ

Rusiyanın neft ixracı və ondan gəlirləri azalıb

2024-cü ilin ikinci yarısında OPEC+ sazişində iştirak edən ölkələrin neftinə tələbat sutkada 42,1 milyon barel təşkil edəcək ki, bu da alyansın aprel ayında hasilatından 671 min barel çoxdur.

Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) may hesabatında məlumat açıqlanıb.

“OPEC+ üzvü olmayan ölkələr üzrə cari tələb və qlobal tələb proqnozlarımız göstərir ki, bu ilin ikinci yarısında OPEC+ neftinə sutkalıq tələbat orta hesabla 42,1 milyon barel olacaq ki, bu da aprel ayındakı hasilatdan 670 min barel artıqdır” - hesabatda vurğulanır.

BEA analitiklərinin fikrincə, qlobal neft tələbinin vəziyyəti OPEC+ nazirlərinin iyunun 1-nə planlaşdırılan görüşündə əsas müzakirə mövzusu olacaq. Həmçinin OPEC+un iyun iclasında dünya neft ehtiyatları “qlobal tələb və təklif arasında kövrək tarazlığın göstəricisi kimi” yaxından araşdırıla bilər.

Hesabatdan aydın olur ki, qlobal neft tədarükü aprel ayında sutkada 200 min barel azalaraq 102 milyon barelə düşüb.

Ötən ay OPEC+ ölkələri sutkalıq neft hasilatını, əsasən, Rusiyanın hesabına 170 min barel azaldıb. Ay ərzində Rusiyanın neft ixracı sutkada 450 min barel azalaraq 7,3 milyon barelə, ondan əldə edilən gəlirləri isə 6,5 faiz azalaraq 17,2 milyard dollara düşüb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
50
musavat.com

10Mənbələr