AZ

Bill Qeytsin keçmiş həyat yoldaşı onunla birgə qurduğu fonddan ayrılır

Bill

Xeyriyyəçi Melinda Qeyts həyat yoldaşı Bill Qeyts ilə nikahda olduğu zaman birlikdə qurduğu “Bill və Melinda Qeyts Fondu”nun rəhbərliyindən ayrılır.

Reyting.az
-ın xəbərinə görə, xeyriyyəçi xanım M. Qeyts “X” (keçmiş Twitter) sosial şəbəkəsində qeyd edib ki, “Bill və Melinda Qeyts Fondu”nun həmsədri kimi vəzifəsini tərk etmək qərarına gəlib və iyunun 7-dən sonra bu vəzifədə təmsil olunmayacaq.

Bildirilir ki, keçmiş cütlüklər arasındakı razılaşmaya görə, Melinda Qeyts fonddan ayrıldıqdan sonra "Qadınların və ailələrin maraqlarına" uyğun olaraq birgə təsis edilmiş fonddan xeyriyyə məqsədləri üçün 12,5 milyard dollar alacaq.

"İndi ABŞ-da, eləcə də bütün dünyada qadın və qızlar üçün təhlükəli vaxtdır. Elə buna görə də qadınların bərabərliyini qorumaq, inkişaf etdirmək üçün mübarizə aparanların təcili dəstəyə ehtiyacı var",- deyə M. Qeyts əlavə edib.

Amerikalı milyardçı Bill Qeyts də keçmiş həyat yoldaşının bu qərarına səssiz qalmayıb. O, Melindanın qəbul etdiyi bu qərarı şərh edərək, fondun işinə verdiyi töhfəyə görə Melindaya təşəkkür etdiyini deyib:

"Melindanın bu cür gedişini gördüyümə görə ondan üzr istəyirəm, amma əminəm ki, o, gələcək xeyriyyəçilik işlərinə böyük təsir göstərəcək".

Xatırladaq ki, Bill Qeyts və Melinda Frenç 1994-cü ildə evləniblər. Cütlüyün üç övladı var. Onlar 2021-ci ildə boşandıqlarını elan ediblər.

Onu da qeyd edək ki, onların qurduğu “Bill və Melinda Qeyts Fondu” dünyanın ən nüfuzlu fondlarından biridir.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
reyting.az

1Mənbələr