AZ

Süni intellekti sürətli şəkildə tətbiq etməliyik - “VOX Solutions”un aparat rəhbəri

Bakı. Trend:

Süni intellekti sürətli şəkildə tətbiq etməliyik.

Trend xəbər verir ki, bu barədə “VOX Solutions”un aparat rəhbəriTeodor Magureanu “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsindəkeçirilən “Süni intellekt dövrünə daxil olmaq” adlı paneldə çıxışızamanı deyib.

O qeyd edib ki, süni intellekt əsaslı həllərdən istifadə edərək,gəlirləri artırıb, xərcləri azaltmaq mümkündür.

“Biz bunu təcrübə etdik. Müştəri gəlirlərimizi bir il ərzində 50faizdən çox artırdıq. Bununla yanaşı, müştəri məmnuniyyəti dəartdı. Süni intellektin istifadəsi mümkündür və bununla bir çoxhəll yolu tapmaq mümkündür. Uğur səbəblərimizdən biri süniintellekti anlamaq və ondan doğru istifadə etməkbacarığımızıdır.

Ümid edirik ki, süni intellektdən istifadəni artan xətlə davametdirərik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “AzercellTelekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyalarıətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq vəregional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyiciqurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm dədigər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçünbütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətihaqqında danışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
az.trend.az

1Mənbələr