AZ

Mağaza adı ilə evdən çıxıb 4 gündür geri dönməyən qız TAPILDI: Sən demə...

Mağaza adı ilə evdən çıxıb 4 gündür geri dönməyən qız TAPILDI: Sən demə...

Türkiyədə mağaza adı ilə evdən çıxan və 4 gündür geri dönməyən qız tapıldı.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 14 yaşlı qız polis axtarışları nəticəsində tapılıb.

Qızın atası ifadəsində bunları deyib: "Anasını 8 ay əvvəl yol qəzasında dünyasını dəyişib. Anasının ölümündən sonra bir müddət Betülü məktəbə göndərmədim. Dayıları gəlib dedi ki, uşaqları Bursaya məktəbə göndərək. Mən də təsdiqlədim. Daha sonra məktəbdən yayınmağa başladılar. Qızımın son vaxtlar psixoloji vəziyyəti yaxşı deyildi".

Qızın rəfiqəsinin yanına getdiyi məlum olub. Polis rəfiqəsinin yanına gəlib, ona zəng edib və görüş təyin edib. Qız ifadə vermək üçün polis tərəfindən mərkəzə aparılıb. Qızın səhhətinin yaxşı olduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
sonxeber.az

1Mənbələr