AZ

Çərşənbə axşamı ABŞ bildirib ki,  Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbul edilməsinə bağlılığı olan səxslərə səyahət məhdudiyyətləri və maliyyə sanksiyaları tətbiq edəcək, Tbilisidə səfərdə olan dövlət katibinin köməkçisi Jim O'Brayen bildirib.

"Əgər Avropa İttifaqının normalarına zidd olaraq qanun qüvvəyə minərsə, demokratiya pozularsa və dinc etirazçılara qarşı zorakılıq baş verərsə, məhdudiyyətlər tətbiq ediləcək. Bu, buna görə məsul olan şəxslər üçün maliyyə məhdudiyyətləri və/və ya səyahət məhdudiyyətləridir",  - O'Brayen Gürcüstanın rəsmi şəxslərilə danışıqlardan sonra KİV-ə müraciətində bildirib.

Son bir həftədə on minlərlə etirazçı Tbilisidə və digər şəhərlərdə küçələrə çıxaraq yüzlərlə QHT və KİV-i qanundankənar qoyan Rusiyapərəst qanunun qəbulunun qarşısını almağa çalışıb.

Buna baxmayaraq, qanun layihəsi parlament üzvlərinin çoxluğu tərəfindən qəbul edilib. "Biz Gürcüstan prezidentinin veto qoyacağını gözləyirik", - çərşənbə axşamı gündüz Ağ Evin mətbuat katibi Karin Jan- Pyer deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Biz açıq şəkildə bildirdik ki, bu qanun demokratik dəyərlərə ziddir və Gürcüstanı Avropa İttifaqı və NATO-dan daha da uzaqlaşdıracaq. Bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək", - o qeyd edib.

Tbilisidə olan Cim O'Brayen baş nazir və digər rəsmi şəxslərlə, o cümlədən hakim Gürcü Arzusu Partiyasının təsisçisi, Gürcüstanın keçmiş baş naziri və hazırda ölkəni faktiki idarə edən iş adamı Bidzina İvanişvili ilə görüşüb.

"Keçmiş baş nazir dedi ki, mənimlə görüşməyəcək, çünki sanksiya altındadır, amma hazırda ona qarşı heç bir sanksiya yoxdur. Belə nüfuzlu adamın bu qədər yanlış məlumatlandırılması şokedici və məyusedicidir", - O'Brayen deyib.

"Gürcüstanın ən mühüm tərəfdaşlarından birilə görüşməmək üçün bunun səbəb olduğunu söyləmək öz şəxsi marağını ölkənin konstitusiya öhdəliklərindən - beynəlxalq tərəfdaşlarla daha çox işləmək, Avropa İttifaqı və NATO-ya daxil olmaq - üstün tutmaq deməkdir", - O' Brayen deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
turan.az

1Mənbələr