AZ

ABŞ Ukraynaya daha bir Patriot batareyası göndərir

ABŞ Ukraynaya daha bir Patriot batareyası göndərməyi düşünür.

Azpost.info bildirir ki, bu barədə Bloomberg Agentliyi mənbələrinə istinadən xəbər verir.

Agentlik yazır ki, Vaşinqton və onun müttəfiqləri Rusiyanın gücləndirilmiş hücumlarını dəf etmək üçün Kiyevin əlavə hava hücumundan müdafiə sistemlərinə olan ehtiyaclarını ödəməyə çalışır.

Mənbələrə görə, ABŞ Ukraynaya radarlarla birlikdə bir batareya göndərmək istəyir. Ukraynanın Avropadakı müttəfiqləri də Kiyevə öz ehtiyatlarından daha çox hava hücumundan müdafiə sistemi göndərmək planları üzərində işləyirlər.

Bloomberg xatırladır ki, bundan əvvəl Almaniya Kiyevi daha bir Patriot sistemi ilə təmin etməyə razılaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
49
azpost.info

10Mənbələr