AZ

Xalq artisti: “Səhnə kədəri sevmir”

Xalq artisti Nazpəri Dostəliyeva şəxsi probelmlərindən və yaşantılarından danışıb.

Adalet.az  bildirir ki, sənətçi övladının ölmü ilə barışa bilmədiyini söyləyib:

“Pisi unudan yaxşnı tapa bilməz. Keçmişi unudanın gələcəyi ola bilməz. Mən həmişə bir iş görəndə həmin işin alınmayan tərəfini düşünürəm. Alınan tərəfi xoşbəxtlikdir, bu aydındır. Biz alınmayan tərəfini düşünməliyik.  Bəzən insanlar başa düşmür. İzahı olmayan  acılar var. Onu mənim kimi kim yaşaya bilər ki? Onu mənim kimi kim daşıya bilər ki?  Yalnız və yalnız mənim kimi övlad itirən analar başa düşər məni. Amma mən onlardan da güclü və dəyanətli olmuşam. Çünki bu səhnə  kədəri sevmir. Şəxsi həyatımda keçirdiyim acı- kədər mənə aiddir. Səhnə və izləyicilər məndən ancaq sənət nümayiş etdirməyimi tələb edir”.

Əntiqə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
adalet.az

1Mənbələr