AZ

Forma-88 üçün xəstəlik sayı 73-ə qaldırıldı, bundan sonra... - Bayramov

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bəs, yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb.

Onun sözlərinə görə, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq:

“Belə ki, müddət gözlənilmədən göndəriş (Forma-88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır. Bu qəraradək bu siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhhətində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətəndaşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək.

Belə ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu. Artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq. Müddət gözlənilmədən Forma-88 rəsmilləşdiriləcək.

Digər mühim məqam əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunmasıdır. Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi.

Bütövlükdə yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı, bu sahədə əlçatanlığı artıracaq”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
teleqraf.com

1Mənbələr