AZ

Nadir Holland sikkəsirekord qiymətə satıldı

Müəllif:Ayşən İmanova/Banco.az

1891-ci ildə buraxılmış gümüş dörddəbir Holland sikkəsi Hollandiyada keçirilən hərracda 1 milyon avrodan çox qiymətə satılıb. Bu, Hollandiya sikkəsi üçün indiyə qədər ödənilmiş ən yüksək qiymətdir.

Banco.az xəbər verir ki, ümumilikdə cəmi iki belə sikkə buraxılıb. Üzərində kraliça Vilhelmina 10 yaşında, yəni taxta çıxdıqdan dərhal sonra təsvir edilmişdir.

Son 130 ildə sikkə dörd dəfə hərraca çıxarılıb. Sonuncu dəfə 2001-ci ildə o, 95.000 sikkə (45 min avrodan bir qədər çox) qiymətə satılmışdı. Bu dəfə yeni sahibi sikkə üçün 850 000 avro təklif edib və hərrac xərcləri ilə birlikdə ümumi dəyəri 1 045 500 avro təşkil edib. Yeni sahibin kim olduğu məlum deyil, iddiaçı anonim qalmaq istəyib.

Qeyd edək ki, gümüş sikkə çox yaxşı vəziyyətdədir və dövriyyədə olan yeganə növdür. İkinci nüsxə Hollandiya Bankının sərəncamındadır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
banco.az

1Mənbələr