AZ

Son 7 ilin ən böyük günəş partlayışı

Amerika Milli Okean və Atmosfer Administrasiyasına bağlı Kosmik Hava Proqnozu Mərkəzinin X hesabında edilən yazıda, cari günəş partlayış dövrünün ən böyük partlayışının dünən baş verdiyi qeyd edilib.

News24.az xəbər verir ki, açıqlamada sözügedən partlayışın bütün dövrlərdə qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu, X sinfi olaraq xarakterizə edilən güclü partlayış səbəbiylə bəzi radio ötürücülərin və buna bənzər texniki vasitələrin təsirlənə biləcəyi ifadə edilib.

Amerika mətbuatında əksini tapan müvafiq xəbərlərdə partlayışın ABŞ yerli vaxtı ilə günorta 13.00 radələrində baş verdiyi və Yerə ciddi təsir etmədiyi bildirilib.

Xəbərdə partlayışın X8.7 səviyyəsində olduğu və ən şiddətli partlamalardan biri olduğu qeyd edilib.

Onu da bildirək ki, Günəş alovları A sinfindən X sinfinə qədər təsnif edilir və hər sinif 1-dən 9-a qədər miqyaslanır.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
news24.az

2Mənbələr