AZ

Mehmet Avşarın yeni kitabı işıq üzü görüb

Jurnalist Mehmet Avşarın “Hoçvanın Kaybolan Qızları” (“Hoçvanın İtirilmiş Qızları”) adlı yeni kitabı işıq üzü görüb.

“Cebhe.info” xəbər verir ki, kitab ötən əsrin Türkiyəsində baş verən sosial dramdan bəhs edir. Əvvəllər Anadolu Agentliyi və TRT-də, hazırda “Sabah” qəzetində müxbir kimi çalışan Mehmet Avşarın “Hoçvanın Kaybolan Qızları” adlı yeni kitabı “Ritim Sanat Yayınları” tərəfindən onlayn satışa çıxarılıb. 

Məşhur jurnalist Mehmet Avşar 1970-80-ci illərdə gənc yaşlarında evləndirilən qızların hekayələrini “Hoçvanın Kaybolan Qızları” adlı kitabında yazıb. Kitabda həmçinin Ərdahan, Hoçvan və Qarsda yaşamış cəmiyyətə örnək olan bir çox uğurlu insanlar haqqında qeydlər yer alıb. Parçalanmış torpaqların birləşdirilməsindən bəhs edən “Ardahan Kiçik Hollandiya Olacaq” layihəsinin də memarı olan Avşar publisistik və yazıçılığı ilə yanaşı bir sıra şeirləri ilə də tanınır. Yazarın “Anemon” adlı şeir kitabı da işıq üzü görüb. 

“Cebhe.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
cebheinfo.az

1Mənbələr