AZ

ТАР-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

Trans-Adriatik boru kəmərinin (ТАР) qısamüddətli imkanlarınamaraq əhəmiyyətli dərəcədə artıb.

Trend xəbərverir ki, bu barədə "TAP AG" şirkətinin xarici əlaqələr şöbəsininrəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışındadeyib.

"TAP artıq təqribən 3,5 ildir ki, Azərbaycandan təbii qazıYunanıstan, Bolqarıstan və İtaliyaya təhlükəsiz və etibarlı şəkildənəql edir. Boru kəməri kommersiya fəaliyyətinin əvvəlindənAvropanın enerji təchizatı ilə bağlı mühüm problemlərlə üzləşdiyibir vaxtda yeni mənbədən və alternativ marşrutdan qaz təmin edərək,qitənin ayrılmaz enerji infrastrukturu kimi özünü təsdiqlədi", - odeyib.

V.Veysəlovun sözlərinə görə, Avropanın son bir neçə il ərzindəenerji təhlükəsizliyinə artan tələbatını qarşılamaq üçün TAPkonsorsiumu imkanlarını və bazarlara nəql olunan həcmi fəal şəkildəartırıb.

"TAP-ın ilkin gücü ildə təqribən 10 milyard kubmetr olmaqlayükgöndərənlər arasında bölüşdürülüb və 2013-cü ildə imzalanmışuzunmüddətli sazişlərə əsasən 25 il müddətinə bron edilib.Həmçinin, imkanların bron edilməsi üzrə "PRISMA" platformasıüzərindən və Avropanın qaz nəqli sistemi operatorları şəbəkəsinin(ENTSOG) hərraclar təqviminə əsasən qısamüddətli bronlaşdırmatəklif edirik. 2020-ci ilin sonunda kommersiya fəaliyyətibaşladıqdan sonra TAP-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətlidərəcədə artıb", - deyə o vurğulayıb.

V.Veysəlov TAP konsorsiumunun təklif olunan imkanların və bazaranəql olunan həcmlərin maksimallaşdırılması üçün boru kəmərininistismar şərtlərindən istifadə edən fəal operator olaraq mövqesərgilədiyini qeyd edib.

"Biz, həmçinin, aparıcı beynəlxalq praktikaya uyğun olaraq,bütün bazar maraqlarını əhatə etməklə, eləcə də uzunmüddətliöhdəliklər və qısamüddətli normativ öhdəliklər çərçivəsindərazılaşdırılmış imkanlarla yanaşı, qısamüddətli imkanlardanistifadəni artırmaqla kommersiya məhsulları işləyibhazırlamışıq.

Boru kəmərindən şəbəkə kimi istifadə olunur və qaz təkcə qərbdəYunanıstan, Bolqarıstan və İtaliya istiqamətində deyil, həm dəİtaliyadan Yunanıstan və Bolqarıstana, həmçinin Qərbi Balkanlarregionundakı bazarlara tədarük olunur", - o deyib.

V.Veysəlov qeyd edib ki, TAP istismara verildikdən etibarən 35milyard kubmetrdən çox qaz nəql edib ki, bunun 2,14 milyardkubmetri Bolqarıstanın, 3,37 milyard kubmetri Yunanıstanın, 29,22milyard kubmetri isə İtaliyanın payına düşür.

"Təkcə 2023-cü ildə TAP vasitəsilə 11,50 milyard kubmetr nəqlolunub. TAP vasitəsilə nəql olunan qaz İtaliyaya idxal olunan qazın16 faizini, Yunanıstana idxal olunan qazın isə 18 faizini təşkiledir. Bu, mühüm nailiyyətdir, lakin boru kəmərinin imkanlarınıtədricən ikiqat artırsaq, gələcəkdə Avropanın enerji təchizatınıntəhlükəsizliyinin təmin olunmasına və dekarbonizasiya hədəflərininəldə olunmasına daha çox imkan yarada bilərik.

TAP-ın genişləndirilmə imkanları hər tək ildə keçirilən bazarsınaqları vasitəsilə bazara təklif olunur. 2024-cü ilin yanvarayında tamamlanan 2021-ci ilin bazar sınağı 31 dekabr 2025-ci iləqədərki buraxılış qabiliyyətinə ildə əlavə olaraq 1,2 milyardkubmetr əlavə edən hüquqi öhdəliklərin qəbul olunması ilənəticələnib", - deyə o bildirib.

V.Veysəlovun sözlərinə görə, birinci genişləndirmə dərəcəsi üçünlazım olan işlər səlis şəkildə irəliləyir.

"Bu ilk genişləndirmə səviyyəsi bazar tərəfindən maraq olacağıtəqdirdə növbəti bazar sınaqlarında iştirak yolu ilə mərhələlişəkildə əldə oluna bilən gələcək genişləndirməyə yol aça bilər.2023-cü ildəki bazar sınağı hələ də davam edir, öhdəlik yaradansövdələşmələr mərhələsi isə 2025-ci ilin ortalarında gözlənilir. Bubazar sınaqlarının nəticələri bazar tələbatından asılıdır", - deyəo əlavə edib.

Daha sonra V.Veysəlov təbii qazın şübhəsiz, Avropanın enerjibalansının mühüm hissəsi olaraq qalacağını və enerji keçidindənaçar rolunu oynayacağını qeyd edib.

"Qaz elektrik stansiyaları qeyri-müntəzəm bərpa olunan enerjimənbələrinə əlavə olaraq, tələb üzrə elektrik enerjisi təklif edir.Təbii qaz innovativ texnologiyaların tətbiqi ilə birlikdə 2050-ciilədək Aİ-nin karbon neytrallığı hədəfinə nail olmağa imkan yaradabilər. Uzunmüddətli perspektivdə mövcud qaz infrastrukturukarbonsuzlaşdırılmış və ya bərpa olunan qazların nəqli üçün yenidəntəchiz oluna bilər.

Avropa aşağı karbonlu gələcəyə keçid etdiyindən, əvvəlki kimidiversifikasiyaya, evlərini isidərək və rəqabət qabiliyyətinisaxlayaraq, iqtisadiyyatının inkişafı üçün təhlükəsiz, etibarlı vəəlçatan enerji təchizatına ehtiyacı var. Biz TAP olaraq, xüsusənənənəvi qazıntı yanacağından həddən artıq asılı region olanCənub-Şərqi Avropa və Qərbi Balkanlarda dayanıqlı keçidi təminetməyə çalışırıq", - o deyib.

Onun sözlərinə görə, TAP regional səviyyədə Aİ-nin Cənub-ŞərqiAvropaya qaz tədarükləri üzrə hədəfini dəstəkləyir və AvropaKomissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə BaşDirektorluğu tərəfindən Qərbi Balkanların dekarbonizasiya üzrəflaqman layihəsi olaraq qəbul edilib, çünki regionda daha təmiz vəəlçatan enerjiyə çıxış imkanına imkan yaradır və bir qaztədarükçüsündən asılılığı azaldır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAPvasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan vəBolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəqlolunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizivasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfəöz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyadatəbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışlaAzərbaycan öz ixrac imkanlarını şaxələndirib.

X: @Lyaman_Zeyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
az.trend.az

1Mənbələr