AZ

Zelenski Rusiyanın hücumlarına görə İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib

Ukrayna prezidenti Vladimir Zelenski son günlər Rusiyanın Ukraynanın Xarkov şəhərinə artan hücumları səbəbindən İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İspaniya Kral Sarayı Zelenski ilə Kral VI Felipe arasında mayın 17-də cümə günü keçirilməsi planlaşdırılan görüşün ləğv edildiyini açıqlayıb.

Zelenskinin Madriddə İspaniya kralı VI Felipe və baş nazir Pedro Sançeslə görüşləri, təhlükəsizlik və müdafiə sahələrində ikitərəfli əməkdaşlıq sazişi imzalaması gözlənilirdi.

Ukrayna prezidentinin də İspaniyadan sonra Portuqaliyaya getməsi nəzərdə tutulurdu. Diplomatik mənbələr Rusiyanın Xarkova hücumlarının artması səbəbindən Zelenskinin bu iki ölkəyə səfərini təxirə salmalı olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
3
operativmm.az

7Mənbələr