AZ

Minsk Şəhər İcraiyyə Komitəsinin sədri “ASAN xidmət”də olub

Bakı, 15 may, AZƏRTAC

Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılmasının məqsədləri, eləcə də Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

Qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.

Belarus Respublikasının nümayəndəsi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
azertag.az

1Mənbələr