AZ

Britaniyada işsizlərin sayı kəskin artıb

Böyük Britaniyada birinci rübdə işsizlik səviyyəsi 3,8%-dən 4,3%-ə yüksəlib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ölkədə işsizlərin sayı 166 min nəfər artıb.

Hesabat dövründə vakant iş yerlərinin sayı 3% azalaraq 898 min nəfər olub. Bu artım analitiklərin proqnozlarından bir qədər yüksək olub.

Bəzi ekspertlərin fikrincə, bu cür göstəricilər İngiltərə Bankını faiz dərəcələrini aşağı salmağa sövq edə bilər. Bundan başqa, Krallıqda inflyasiya səviyyəsi mart ayında 4%-dən 3,2%-ə enib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
iqtisadiyyat.az

1Mənbələr