AZ

"Fənərbağça”dan Cenk Tosun SÜRPRİZİ

Türkiyənin “Fənərbağça" futbol klubu hücum xəttinə alternativ olaraq "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq Cenk Tosunu nəzərdən keçirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.

Məlumata görə, "Beşiktaş"la müqaviləsinin uzadılması ilə bağlı razılığa gələ bilməyən "Tosun Paşa"ya “Sarı-lacıvərdlilər”in maraq göstərdiyi bildirilib.

32 yaşlı türkiyəli ulduz mərkəz hücum xəttinə alternativ hesab olunur.

Bu mövsüm "Beşiktaş"ın heyətində 45 matçda meydana çıxan Cenk Tosun 11 qol vurub, 7 məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
90deqiqe.az

1Mənbələr