AZ

“Amma kağız üzərində favorit "Sabah"dı” – “Neftçi”dən finalla bağlı reaksiya

Kişi basketbolçular arasında ölkə çempionatının finalında «Xəzri» ilə «Sabah» qarşılaşacaq.

Bu seriyanın ilk oyunu mayın 16-da keçiriləcək. Görəsən, tərəflərdən hansını daha şanslı saymaq olar? Bu sualı «Neftçi"nin baş məşqçisi Anar Sarıyevə ünvanladıq. Onun «Football-plus.az"a söylədikləri:

"Maraqlı oyun olacaq. Hər iki məşqçi təcrübəlidi. Komandaların hər biri çempion olmağa iddialıdı. Lakin hər klubda bir balaca nüanslar var. Bildiyimə görə, Kamran Məmmədov və Endər Poladxanlı birinci oyunu buraxacaq. Düşünürəm ki, ilk matç «Xəzri» üçün daha rahat olacaq. Amma kağız üzərində favorit «Sabah"dı. Yarımfinalda «Xəzri» — «NTD-İndiqo» oyununda favorit «NTD-İndiqo» olsa da, tam əksini izlədik. Ona görə də finalda şansların eyni olduğunu düşünürəm. Hər iki komandaya uğurlar arzulayıram. İnşallah, maraqlı oyun keçər».

GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
football-plus.az

1Mənbələr