AZ

Çin turist qruplarına viza azadlığı verəcək

Çin böyük kruiz gəmiləri ilə ölkəyə gələn turist qruplarına liman şəhərlərinə vizasız girişi təmin edəcək.

"Cebhe.info" xəbər verir ki, Çin Milli İmmiqrasiya İdarəsindən verilən açıqlamaya görə, Çin turizm şirkətləri tərəfindən təşkil edilən turist qrupları kruiz gəmilərinin yanaşdığı 13 liman şəhərinə vizasız daxil ola biləcək.

Ölkənin şimal sahilində Tianjin, Dalian və Qingdao liman şəhərləri, şərq sahilində Şanxay, Lienyungang, Vincou, Coushan və Xiam, cənub sahilində isə Quangcou, Shinjin, Beyhai, Haykou və Sanya liman şəhərlərini viza olmadan ziyarət edilə bilər.

Kruiz gəmilərinin limandan çıxma müddəti 15 gündən çox ola bilməz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
1
cebheinfo.az

2Mənbələr