AZ

Lənkəranda meyiti tapılan tələbə ilə bağlı təfərrüatlar - YENİLƏNİB - FOTO

Ötən gün Lənkəranda meyiti tapılan 2002-ci il təvəllüdlü Ağayeva Könül Ramin qızı Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Cəlilabad filialının tələbəsi olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, ali təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 4-cü kursda oxuyurmuş.

K.Ağayeva əvvəllər Lənkəran Dövlət Universitetində (LDU) təhsil alıb. Cəlilabad rayon Muğan kənd sakini olan qadın daha sonra ADPU-nun bu rayonda yerləşən filialına transfer olunub və təhsilini burada davam etdirməyə başlayıb.

Qeyd edək ki, K.Ağayeva bu ilin martın 2-də itkin düşüb. Onun itkin düşməsi ilə bağlı polisə məlumat verilib. İki aydan çoxdur itkin düşən qadının meyiti ötən gün Lənkəran rayonu, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində tapılıb. 

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

***

11.04

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.

Bildirilib ki, o, universitetin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası”nın 4-cü tədris ilinin tələbəsi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1650
37
iqtisadiyyat.az

10Mənbələr