AZ

Bakıda oteldə zəhərlənən 4 dostla bağlı müəmma – AQTA və TƏBİB açıqladı

Bakının Səbail rayonunda yerləşən “My music” otelində dörd dostun zəhərlənməsi gündəmdədir. İctimaiyyəti düşündürən məsələlərdən biri də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyinin (AQTA) hadisə baş verən gün yaydığı məlumatdır. Belə ki, AQTA zəhərlənmənin qidadan baş vermədiyini, ailə isə dostların məhz oteldə yedikləri göbələkdən zəhərləndiklərini açıqlayıb.

Sual yaranır: ortada ekspertiza rəyi olmadan AQTA zəhərlənmənin qidadan baş vermədiyi qənaətinə necə gəlib?

Globalinfo.az mövzu ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyinə sorğu ünvanlayıb.

AQTA rəyi TƏBİB-dən aldığını qeyd edib:

“1 saylı Şəhər Kliniki Tibbi Mərkəzindən bizə daxil olan sənədə əsasən belə məlumat yaymışıq. TƏBİB-də onların qidadan zəhərlənmədiyini təsdiq edir. Buna görə də deyirik ki, bu zəhərlənmə qidadan baş verməyib”.

TƏBİB hadisənin qida səbəbi ilə baş vermədiyini təsdiq edib:

“Diaqnozla bağlı məlumat verə bilmərik. Çünki həkim sirri təşkil edir. Lakin dostların qidadan zəhərlənmədiyini təsdiq edirik”.

Qeyd edək ki, “My Music” otelində əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin – Kənan Mustafayev və Orxan Əmirovun həyatını xilas etmək mümkün olmayıb. Ailə onların qidadan zəhərləndiyini bildirsə də, aidiyyəti qurumlar bunu təkzib edir.

Bundan başqa, iddia olunur ki, gənclər potensiyanı artıran dərmanlarla spirtli içki qəbul ediblər, nəticədə ürəkləri dayanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
turkustan.az

1Mənbələr