Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
Sahibkarların ehtiyaclarına uyğun həllər təqdim
edən Yelo Bank-dan daha bir innovativ xidmət: Mobil POS. Bu yenilik sayəsində
fiziki və hüquqi şəxslər ənənəvi POS terminal olmadan bank kartları, smartfon
və ya ağıllı saatlardan ödəniş qəbul edə biləcəklər.
Mobil POS xidməti nədir? Mobil POS ənənəvi POS
terminallara müasir alternativdir. O, NFC dəstəkli android smartfon və ya
planşeti tam funksional POS terminala çevirir, bizneslərə ödənişləri rahat və
səmərəli şəkildə qəbul etməyə imkan verir.
Mobil POS ənənəvi analoqlarından bir çox
üstünlükləri ilə fərqlənir. İlk növbədə portativ və rahat olmaqla, istənilən
vaxt, istənilən yerdə əməliyyatlar aparmağa fürsət yaradır. Müştərilərə bank
kartından tutmuş, ağıllı saata kimi istənilən təmassız vasitə ilə ödəniş imkanı
verir, bu da artan müştəri məmnuniyyəti deməkdir. Sahibkarların isə daha bahalı
POS terminala ehtiyacı qalmır. Bunun üçün sadəcə Google Play-dən "Yelo Mobile
Pos” və "tapXphone” mobil tətbiqlərini Android cihaza yükləmək lazımdır. Sadə interfeys
və sürətləndirilmiş quraşdırma sayəsində satış prosesi daha da rahatlaşır.
Yelo Bank-ın Mobil POS xidməti əsasən kiçik və orta
biznes sahibləri, taksi və çatdırılma xidmətləri üçün daha əlverişlidir.
Xidmətə qoşulmaq isə tamamilə pulsuzdur. Yelo Bank bu yenilik münasibətilə
əlavə kampaniya da elan edir. Belə ki, 31.07.2024 tarixinədək Mobil POS
xidmətinə qoşulacaq sahibkarlar növbəti 3 ay ərzində əməliyyatlar üçün heç bir
komissiya ödəməyəcəklər. Bununla yanaşı, biznes kart Bank tərəfindən hədiyyə
edilir. Eyni zamanda, Mobil POS xidmətinə bağlı olan hesabdan nağdlaşdırmaya
görə heç bir komissiya tutulmayacaq. Qeyd edək ki, xidmətə qoşulan sahibkarlar
üçün cari hesabın açılması pulsuzdur.
Nağdsız ödənişlərə tələbin hər keçən gün artdığı bu
dövrdə Yelo Bank-ın Mobil POS xidməti sahibkarlara satışlarını artırmağa
yardımçı olacaq.
Xidmətə
qoşulmaq üçün istənilən Yelo Bank filialına yaxınlaşa və ya 981 nömrəsi ilə
əlaqə saxlaya bilərsiniz. Daha ətraflı: http://bit.ly/moblpos