AZ

“Rolan Qarros”: Turnirin ikiqat finalçısı yarışlara dəvət almadı

Parisdə (Fransa) keçiriləcək “Rolan Qarros” turnirinin kişilər yarışına xüsusi dəvətlərin sahibləri müəyyənləşib. Dəvətlə çıxış edəcək tennisçilərin siyahısı turnirin rəsmi saytında yer alıb.

Kişilərin turnirinə altı fransalı tennisçi dəvət alıb: Pierr-Hyuz Herbert, Aleksandr Müller, Rişar Qaske, Terens Atman, Harold Mayo, Covanni Mpeşi-Perrikart. Onlardan başqa avstraliyalı Adam Volton və amerikalı Nikolas Moreno de Alboranda yarışmaq hüququ əldə edib.

Qeyd edək ki, avstriyalı tennisçi, dünyanın keçmiş üçüncü raketkası, “Böyük Dəbilqə” turnirinin (US Open 2020) qalibi Dominik Tim “Rolan Qarros”a dəvət almayıb. O, hazırda ATP reytinqində 117-ci yerdədir. Tim iki dəfə – 2018 və 2019-cu illərdə burada final oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
futbolinfo.az

1Mənbələr