AZ

Şəkər tozu bahalaşacaq? - Rusiya qadağa qoydu - VİDEO

Rusiya şəkər ixracını müvəqqəti dayandırıb. Məhdudiyyət bu ilin avqustunadək qüvvədə olacaq.

"Rusiyanın bu addımı Azərbaycan bazarına necə təsir edəcək?. Ölkədə şəkərin qiyməti qalxa bilərmi?"

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislər deyir ki, Azərbaycanda şəkər istehsal edilsə də, xammalın əhəmiyyətli hissəsi xaricdən gətirilir.

İqtisadçı Rəşad Həsənov bildirir ki, bu məhdudiyyət dünya bazarlarında şəkərin qiymətinə təsirsiz ötüşməyəcək və artım üçün təzyiq yaranacaq.

Rəşad Həsənov vurğulayır ki, bazarda qıtlığın yaranması ilə bağlı ajiotaj formalaşmazsa, böyük qiymət artımları olmaz. Amma əksi baş versə, kifayət qədər sərt qiymət artımları müşahidə edilə bilər.

İqtisadçı qeyd edir ki, gələcəkdə ölkədə şəkər istehsalının maya dəyəri də arta bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
olaylar.az

3Mənbələr