AZ

Psixoloqdan iradlara cavab: “Heç kim “siz boşanmalı, yaxud boşanmamalısınız” demir”

Ailə psixoloqu ilə yanaşı, hərbi psixoloq ixtisası da ali təhsil proqramına daxil edilməlidir.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda deyib. 

Mediasiya Şurasının sədri Nadir Adilov isə bildirib ki, mediasiyaya müraciət edənlər arasında psixoloqlardan travma alan insanlar var:

“Ölkədə 3 aylıq kurs keçən "psixoloq"lar ailə məsələləri ilə məşğul olur. Psixoloq fəaliyyətinə nəzarət edən ciddi nəzarət orqanı və mərkəz yaradılmalıdır. Mediasiya ailəni barısdırmaq yox, ailə mübahisələrinin aradan qaldırmasına dəstək verməkdir".

Maraqlıdır ki, ailə psixoloqları boşanmaların qarşısını ala bilər? 

Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ailə psixoloqları cütlüklərə öz tövsiyələrini verir, onların işi problemli, böhranlı, nevrotik, konfliktli ailələrdə olan münasibətləri tənzimləməkdir:

"Lakin heç bir psixoloq "siz boşanmalısız", ya da "siz boşanmamalısız" deyə bir fikir yürütmür, məsləhət vermir. İlk olaraq, gəlin ailə qurmamışdan əvvəl cütlüklərin psixoloji durumları haqqında müayinələr aparaq. Ailə psixoloqlarının ilkin işi həmin cütlüklərin birgəyaşayışına gedən müddəti tənzimləmək olsun, onların psixoloji portretini təyin etmək olsun. 

Amma ailə münaqişələrində son hədd konstruktik deyil, destruktiv hala gəlirsə, orada müxtəlif səbəblər olduğu üçün ailə psixoloqu psixoloji tərəfdən konflikti həll etməyə çalışır, lakin boşanmaya müdaxilə edilə bilməz. Buna görə də ailə psixoloqlarının boşanmaların qarşısını alacağı fikri doğru yanaşma deyil. Biz buna müvəffəq ola da bilərik, olmaya da". 

O qeyd edib ki, insanlara ötürdükləri adekvat məlumatlar konfliktərin həlli üçündür: 

"Lakin bir insan həqiqətən acınacaqlı həyat yaşayırsa, boşanmağı seçir və biz də bu qərara hörmətlə yanaşırıq. Nə istədiyini bilməyən insanların isə baxış bucağını dəyişirik, amma yenə də bizim onların boşanıb, yaxud boşanmayacaqları mövzusuna müdaxiləmiz doğru deyil. Boşanmayaqədərki mərhələlər düzgün təhlil olunmalıdır. Biz cütlüklərin birgəyaşayışının təminatçısı deyilik, biz sadəcə onların psixoloji gigiyenasına təsir edə bilirik. Növbəti qərarlar isə fərdlərin öz öhdəsinə düşür". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
cebheinfo.az

1Mənbələr