AZ

Biləsuvarda qəzada yol istismar idarəsinin bir əməkdaşı ölüb, 4-ü xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Bu gün saat 09:00 radələrində Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlardan 1996-ci il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.

Xəsarət alan şəxslərdən 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

1 nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb.

***

10.57

Biləsuvarda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza nəticəsində Yol istismarı idarəsinin əməkdaşı Xaləddin Səmədov ölüb. İdarənin dörd əməkdaşı - İlham Gözəlbəyli (1996), Şahin Talıbov (1988), Azər Həsənov (1969) və Zülfüqar Nuruyev (1961) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

10.07

Biləsuvarda yük maşını mikroavtobusla toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar - Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib. Hərəkətdə olan "Mercedes" markalı yük maşını, Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
2
apa.az

5Mənbələr