AZ

Türkiyədə növbəti ÇEVRİLİŞ CƏHDİ: Ərdoğana sui-qəsd planının arxasında kimlər dayanır? – FOTO

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb. Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb. Gecə saatlarında keçirilən kritik toplantının əsas səbəbi “Ayhan Bora Kaplan” istintaqı çərçivəsində Ankara Polis İdarəsində 3 yüksək rütbəli şəxsin saxlanılması və daha sonra onlara qarşı cinayət işinin açılması olub. Vəzifələrindən uzaqlaşdırlarn Ankara Polis rəis müavini Murat Çelik, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri Kerem Öner və müavini Şevket Dəmircanın evlərində dünən axşam prokurorluğun göstərişi ilə axtarış aparılıb.

Prezidentin müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Bununla əlaqədar olaraq, Baxçalı əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.

Türkiyədə yaşanan son hadisələri Medianews.az-a şərh edən siyasi şərhçi Azər Hüseynov bildirib ki, Prezident R.T.Ərdoğanın illərlə apardığı siyasət bir sıra beynəlxalq güclərin maraqlarına cavab vermir.

Onun sözlərinə görə, Türkiyənin güclənməsi, müstəqilləşməsi regionda və dünyada siyasi maraqlarını reallaşdırmaq istəyən bir çox dövlətə sərf etmir: “Prezident Ərdoğanın zamanında Türkiyəyə təzyiq vasitəsi olaraq istifadə edilən PKK-nın ölkə daxilində fəaliyyətinə demək olar ki, son qoyulub. Məhz bu dövrdə ölkənin iqtisadi və sənaye müstəqilliyi formalaşıb. SİHA və İHA istehsalı və onu  ixracı müasir hərb tarixində mühüm dəyişikliklərə səbəb olub. Heç şübhəsiz, Ermənistan təcavüznün ortadan qaldırılmasında bunların da böyük rolu var. Tarixə baxsaq görərik ki, daxili siyasi sabitlik və eləcə də ordunun gücləndirilməsi məqsədi ilə fəaliyyət göstərən bütün siyasətçilərə qarşı Türkiyədə beynəlxalq imperializm və onun yerli tərəfdaşları tərəfindən sui-qəsd, çevriliş cəhdləri olub. Menderes, Ərbəkan, Özal kimi siyasətçilərin taleyində yaşadıqları buna misaldır”.

A.Hüseynov Türkiyə prezidenti R.T.Ərdoğanın CHP rəhbərliyi ilə dialoq həyata keçirməsinə diqqət çəkib. Qeyd edib ki, buna görə də bəzi xarici qüvvələrin bu amildən narahatlıq keçirməsi mümkündür: “Ərdoğanı bir dəfə də devirmək istəmişdilər. Lakin xalqın müdaxiləsi ilə “darbe”lər dövrünə Allahın izni ilə son verildi. Ola bilər bəzi qüvvələr eyni şeyi təkrar etmək istəyirlər. Ancaq ümid edirəm ki, bu, baş verməz. Ərdoğanın devrilməsi və ya ona qarşı sui-qəsd regionu 30 il əvvələ qaytara bilər. Fikir versəniz görərsiniz ki, beynəlxalq neoimperializm xarizmatik və azad liderləri sevməz. Bunu biz də yaşayırıq. Azərbaycan yüksək siyasi iradəsinin müstəqil və öz resursuna əsaslanan fəaliyyətləri Qərbdə qısqanclıq doğurur. Gürcüstan, Ermənistan, indi də Türkiyədə bu kimi məsələlər onu göstərir ki, beynəlxalq neoimperializm dayanmaq istəmir”.

Lamiyə MİRZƏYEVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
medianews.az

10Mənbələr