AZ

Naxçıvandan Türkiyəyə ixracın həcmi 28 faiz artıb

Naxçıvanda türk iş adamları ilə birgə və ya müştərək əsaslarla yaradılıb qeydiyyata alınan 146 sahibkarlıq subyektinin 80-i və ya 55 faizi aktiv fəaliyyət göstərir. Ümumiyyətlə, Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin 78 faizini Türkiyə şirkətləri təşkil edir.

"Operativ Media" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Biznes Mərkəzdə keçirilən "Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini Naxçıvanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə qonaqlara ətraflı məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün perspektiv istiqamətləri diqqətə çatdırıb.

Bildirilib ki, 2024-cü ilin ilk 4 ayı ərzində qardaş Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutub, Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb. Ümumilikdə Naxçıvanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyon dollar olub ki, ticarət dövriyyəsində Türkiyənin payı 52,7 faiz təşkil edib.

Naxçıvandan Türkiyəyə mineral sular, vafli məmulatları, tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları, travertin daş məhsullarının ixracı həyata keçirilib. Türkiyənin Naxçıvana ixracatında ərzaq məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
operativmedia.az

4Mənbələr