AZ

ATƏT-in Minsk qrupunun ləğv edilməsinə elə də çox qalmayıb- ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq ikinci dəfədir ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının çatdığını bildirir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "ATƏT-in fəaliyyətdə olan sədri İan Borqu qəbul edərkən də  fevral ayında Münxendə dediyi həmən fikiri yenidən səsləndirməsindən  gəldiyim nəticə budur ki, həmsədr dövlətlərin heç də ürəklərindən olmamasına baxmayaraq belə bir addımın atılmasına elə də çox qalmayıb.
 Əgər Ermənistan baş naziri də  Azərbaycanla əldə olunan razılaşmaların iki dövlət arasında sülh anlaşması bağlanmasına imkan verdiyini bildirirsə, demək artıq nə Minsk qrupuna, nə onun həmsədrlərinə, nə də könlündən onlarınkına bənzər "vasitəçilik" keçən digərlərinə ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
olaylar.az

1Mənbələr