AZ

Ermənistan parlamenti mühasirəyə alınacaq – mayın 21-də Nikolu devirə bilərlər?

  Ermənistanda keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi etirazçılar gələn həftə parlament binasını mühasirəyə ala bilər.

Mayın 21-də Ermənistan parlamentinin növbəti iclası keçiriləcək.

“Hraparak” nəşri yazır ki, hakim “Mülki müqavilə” fraksiyası həmin vaxt parlament binasının mühasirəyə alınmasından qorxurlar.

“Gözləntilər var ki, Baqrat Qalstyan etirazçılara mayın 21-də parlament binasının mühasirəyə alınması çağırışı edə bilər. Əgər böyük izdiham toplanarsa, hakimiyyətin tələblərə qarşı çıxması çətin olacaq. “Ermənistan” fraksiyasından olan deputatlar Artur Sarkisyan və Qarnik Danielyan Qalstyanı parlamentə dəvət etmək qərarına gəlib. Hakim fraksiyasının üzvləri qorxur ki, Baqrat parlament binasına daxil ola bilər. Hakimiyyət daxilində çaşqınlıq və ajiotaj yaranıb”, - nəşr iddia edir.  / Publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
referans.az

4Mənbələr