AZ

Cəlilabadda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Cəlilabadda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əlövsət Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elxan Əmirəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 28-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yol qəzasında ölən şəxsin kimliyi məlum olub. Əlövsət Abdullayevin idarə etdiyi "Hyundai Getz" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əlövsət Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
e-huquq.az

1Mənbələr