AZ

Rusiyalı hərbçi hərbi komissarlıqda qumbaranı partladıb

Moskva vilayətində 32 yaşlı rusiyalı hərbçi hərbi komissarlıqda qumbaraatan partlatdığı üçün saxlanılıb.

Bu barədə çərşənbə günü, mayın 15-də "Baza" öz Telegram kanalında məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-cü ilin martında xüsusi hərbi əməliyyat (Ukraynadakı müharibə - red.) zonasında döyüş əməliyyatları zamanı bir nəfər yaralanıb.

Həmin şəxs xəstəlik məzuniyyətini uzatmaq üçün Quryev küçəsindəki müəssisəyə gəlib. Hadisə şahidlərinin sözlərinə görə, hərbçi sərxoş olub və  hərbi komissarlığın foyesində pnevmatik qumbara partladıb.

Xuliqan saxlanılaraq polis bölməsinə aparılıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
2
qaziler.az

3Mənbələr