AZ

Əli Əhmədov: “Ən yaxşı təqdimat” müsabiqəsi böyük ənənəyə malikdir

Əli

Bakı, 15 may, AZƏRTAC

Bu gün həyatınızın ən yaddaqalan anlarını yaşayırsınız. Həyatınızda ictimai əhəmiyyəti olan ilk mükafatı bu gün qazanacaqsınız. Bilik və bacarığınızın bu nəticəsi bütövlükdə həyatınızda əhəmiyyətini göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, bu yarış böyük ənənəyə malikdir: “İyirmi ildən artıqdır ki, məktəblilər arasında bu bilik yarışı keçirilməkdədir. Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan dövləti onların gözəl təhsil alması, xoşbəxt yaşamaları üçün əlindən gələni edib və edəcəkdir. Azərbaycan 30 ildən sonra işğal altında olan torpaqlarını azad edib. Bu gün qalib xalq olaraq həyatımızı davam etdiririk.

Bu gün Ulu Öndər Heydər Əliyevin qoyduğu xətlə onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev gənc nəslin xoşbəxt və firavan yaşaması üçün bütün imkanlarını səfərbər edib. Arzu edirəm ki, Ulu Öndərin vəsiyyət etdiyi layiqli gənclər olasınız”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
3
azertag.az

4Mənbələr