AZ

Son çempion dönüş etməyə yaxındır

MBA-da bu gecə ikinci raundun iki oyunu keçirilib. “Denver Naggets” nəhayət ki, doğma arenada qələbə qazana bilib.

Xatırladaq ki, seriyanın ilk 4 oyununda yalnız qonaqlar qalib gəlmişdilər. Bu dəfə “Minnesota Timbervulvz” bunu etməyi bacarmayıb. Nəticədə 2:0 öndə olan komanda artıq geri düşüb.

Denverdə oyundan əvvəl Nikola Yokiçə mövsümün MVP-si mükafatı təqdim edilib. Serb basketbolçu bundan ilhamlanaraq oyunu 40 xalla başa vurub. 7 ribaund edən mərkəz basketbolçusunun aktivində 13 də asist var. Seriyada növbəti oyun Minnesotada keçiriləcək.

Nyu-Yorkda da qələbə meydan sahiblərinə qismət olub. “Niks” 121:91 hesablı qələbə sayəsində seriyada önə çıxıb – 3:2. Meydan sahiblərinin heyətində Ceylen Branson 44 xal toplayıb. “İndiana Peysers”də isə ən məhsuldar Paskal Siakam olub (22 xal).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
futbolinfo.az

1Mənbələr