AZ

Türk alim, fizikFatih Ömer İlday Almaniyanın yüksək elmi ada layiq görülüb

Türk alim, fizik, Bilkent universitetindən Fatih Ömer İlday Almaniyanın 2024-cü il “Alexander von Humboldt Professorship” adına layiq görüldü.

Dünyanın prestijli elmi adlarından bu mükafat Almaniyanın ən yüksək maliyyə dəstəyi verən tədqiqat mükafatı olaraq bilinir. 5 milyon avro dəyərində maliyyə dəstəyi alacaq İlday, araşdırma mərkəzi qurmaq üçün Almaniyanın Bochum Ruhr universitetinə də dəvət olunub.

Boğaziçi (İstanbul), Cornell (Nyu York), MIT (Massaçusets) universitetlərindən keçib 10 ildən bəridir ki, Ankaradakı Bilkent universitetində çalışan 48 yaşlı alim son illərdə qeyri-xətti lazer-maddə qarşılıqlı əlaqəsi sahəsini dəyişdirən ultrasürətli lazer texnologiyası ilə məşğul olur.

Prof.İldayın çalışmaları lazer texnologiyasının inkişafında yeni mərhələnin başlanmasına səbəb olub.

İbrahim Nəbioğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
visiontv.az

1Mənbələr