AZ

Lavrov: “Dünyada islamofobiya, xristianofobiya və rusofobiya ilə mübarizə aparacağıq“

Rusiya Federasiyası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birlikdə dünyada islamofobiya, xristianofobiya və rusofobiya ilə mübarizəni davam etdirəcək. News365.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İƏT Ölkələrinin Gənc Diplomatları Forumunun iştirakçılarına müraciətində deyib.

Diplomatın sözlərinə görə, Rusiya dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək və bütün dünya dinləri üçün ümumi olan mənəvi-əxlaqi dəyərləri qorumaq niyyətindədir.

Forum “Rusiya - İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumu çərçivəsində keçirilir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
news365.az

1Mənbələr