AZ

“İrandan gələn təhlükələr artacaq” – Rişi Sunak

Britaniyanın baş naziri Rişi Sunak, İran da daxil olmaqla, bir neçə ölkələrin adını çəkərək Britaniyaya qarşı artan təhdidlərdən bəhs edib.

Bazar ertəsi çıxışı zamanı o, Rusiya, Çin, İran və Şimali Koreyanı Böyük Britaniyanın dəyərlərini zədələyən ölkələr adlandırdı. Rişi Sunak həmçinin təhlükənin çox da uzaqda olmadığını, artıq bu təhlükələrin Böyük Britaniya daxilinə nüfuz etdiyini bildirdi.

"Bunlar çox da uzaq problemlər deyil. İranın proksi qüvvələri Qırmızı dənizdə Britaniya gəmilərini atəşə tutur, bizim ixrac etdiyimiz məhsulları zədələyir", - Sunak noyabrda başlayan blokadaya toxunaraq əlavə edib.

İranın dəstəklədiyi Husi terrorçuları noyabr ayında Qəzzada İranın dəstəklədiyi HƏMAS-a dəstək olaraq gəmi yollarına hücumlarını intensivləşdirib. Xüsusilə də İran dəstəkli Husi terrorçuları İsrail və onun, ABŞ və Britaniya kimi, müttəfiqləri ilə əlaqəli gəmiləri hədəfə alıblar. Onlar İsraili atəşkəsə məcbur etdiklərini iddia edirlər, lakin bir neçə dənizçini öldürüb və onlarla adamı girov götürüblər.

Bundan başqa, Yaxın Şərq də daxil olmaqla, dünyada baş verən münaqişələrdən danışan Sunak, aprelin 13-də İranın İsrailə hərbi və pilotsuz təyyarələrlə hücumuna diqqət çəkib.

“Yaxın Şərqdə də müharibə qızışır, çünki İsrail təkcə HƏMAS terrorçularına qarşı deyil, həm də ilk dəfə olaraq birbaşa İrandan atılan raket zərbələri ilə özünü müdafiə edir”, - Sunak bildirib.

Qeyd edək ki, keçən il Britaniya təhlükəsizlik xidmətinin MI5 rəhbəri İranı Böyük Britaniyanın ən böyük təhdidlərindən biri adlandırmışdı.

Şahin Elxanoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
visiontv.az

1Mənbələr