AZ

Nüşabə Musayeva: “Demişdim axı, tək-tək cıracağam ağzınızı!” - VİDEO

Müğənni Nüşabə Musayeva sərt addımı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, ifaçı sosial şəbəkələrdə haqqında mənfi paylaşımlar edən səhifə, kanalları şikayət edərək bir-bir bağlatdırır.

Bu barədə danışaraq o, səhifə sahiblərinə xəbərdarlıq edib:

“Zamanında demişdim axı, tək-tək cıracağam ağzınızı! Bundan sonra mən dediyim, mən istədiyim olacaq! Bu günə qədər rəqslərimi, çıxışlarımı xoşagəlməz, iyrənc ifadələr, başlıqlar altında paylaşan bütün səhifələri “vurdum” və bunu etməkdə davam edəcəyəm!

Kimin səhifəsində mənə aid olan, artıq-əskik yazı ilə paylaşım görsəm, “report” göndərəcəyəm, geri də çəkməyəcəyəm! Mənim qoyduğum ortada qalır. Mərhəmətimdən, səmimiyyətimdən çox istifadə etdiniz, amma qəddar tərəfimə bələd deyilsiniz. Bəs oldu artıq mənim üzərimdən qazandığınız gündəm və reytinq!

Heç bir xahiş və üzrünüzü qəbul etmirəm, kimsə də mənə ağız açmasın! Bu, təkcə “Instagram”da keçərli deyil, “YouTube” kanalına, “Facebook” və “TikTok”a da aiddir! Zamanında "silin" dedim, silmədiniz...

Müəllif haqlarım qorunur, kim mənə aid mənfi paylaşım etsə, getsin, özündən incisin!”


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
yenisabah.az

2Mənbələr