AZ

Nadir Adilov: "Sosial yardım üçün saxta boşanmalar məhkəmə sisteminə yükdür"

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Sosial Tədqiqatlar Mərkəzində keçirilən "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" konfransında, sosial yardım almaq məqsədilə edilən saxta boşanmaların məhkəmə və mediasiya sisteminə mənfi təsir göstərdiyini vurğulayıb.

QHT.az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin gördüyü ciddi və uğurlu işləri qeyd edərək, sosial yardımın mənəvi və maddi tərəflərinə toxunub, belə halların hüquqi nəticə doğurmasa da, məhkəmə statistikasına təsir etdiyini və bu məsələlərin ciddi şəkildə təhlil olunmasının vacibliyini bildirib: “Bəzən mediatora müraciət olur k, sosial yardım almaq üçün mən boşanmalıyam. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi çox ciddi, gözəl işlər aparır. Məsələyə mənəvi və maddi yanaşsaq sosial yardım, dəstək tədbirləri, məşğulluq təmin olunur, nətəcədə vətəndaş sosial yardım almaq üçün saxta boşanmaya gedir. Bu mənəvi məsələdir, hüquqi nəticə çıxartmır. Mediatorlar, məhkəmələr adamlara vaxt sərf edir, bu da məhkəmə statistikasına təsir edir. Bu məsələlər ciddi təhlil olunmalıdır. Bu məsələləri ictimailəşdirmək lazımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
qht.az

1Mənbələr