AZ

5G imkanlarını bütün insanlar üçün əlçatan etmək lazımdır - John Giusti

Rəqəmsal bacarıqları artırmaq üçün hökumətlərlə birgə çalışmaq vacibdir və ən əsası 5G imkanlarını bütün insanlar üçün əlçatan etmək lazımdır. Bunu GSMA-nın Baş Tənzimləyici direktoru və GSMA Fondunun prezidenti John Giusti deyib.

"Bölgədə operatorlar üçün yeni yollar açmaq lazımdır. Lazım olan investisiya çatızmazlığı var. Süni intekektin dünyada artması cəmiyyətə təsir edir. İnsanlar üçün 5G imkanları üçün mühit yaratmalıyıq”, - mayın 15-də Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.

O bildirib ki, hazırda dünyada 400 milyona insana internet çatmır, 64 milyon insan isə tamamilə əlaqəsiz qalır. 

"Rəqəmsal bacarıqların artırılması üçün hökumətlərlə bərabər işləmək vacibdir. Bununla yanaşı 5G imkanlarını açmaq və təşviq etmək öhdəliyi götürməliyik”, - o bildirib. 

GSMA prezidenti Azərbaycanda Azercell şəbəkəsi ilə əməkdaşlığını da yüksək qiymətləndirib.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
anews.az

1Mənbələr